Qəzzada hərbi əməliyyatlar bərpa edildi
İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.
Yenixeber.org: Bu barədə məlumatı İsrail ordusu yayıb.
Bildirilir ki, buna səbəb HƏMAS hərəkatının atəşkəs rejimini pozması və İsrail ərazisini atəşə tutması olub.
Xatırladaq ki, noyabrın 24-dən Qəzzada İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilmişdi.(TASS)