İsmayıl Haniyənin nəvəsi öldürüldü
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin böyük nəvəsi Camal Məhəmməd Haniyə İsrail ordusunun hücumu nəticəsində öldürülüb.
Yenixeber.org: Bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Camal Məhəmmədin meyiti bu gün dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, 10 gün əvvəl Haniyənin başqa bir nəvəsi də Qəzzada öldürülmüşdü.