Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi ABŞ və Qərb ölkələrini terror ölkələri adlandırıb?

Açiq mənbələrdən foto.

Oktyabrın 31-də Marneulidə (Gürcüstanda azərbaycanlı əhalinin yaşadığı rayon mərkəzi) Fələstinə dəstək mitinqi keçirilib.

Yenixeber.org: Gürcüstan KİV-in məlumatına görə, aksiyada "Qırmızı" məscidin (baş məscid) axundu Hacı Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev çıxış ediblər.

Axund Hacıyev "İsrailin Qəzza zolağına hücumu ilə bağlı susmağı İsrailə dəstəyin göstəricisi" adlandırıb. Onun sözlərinə görə, xalq "sionist İsrail rejiminə, "məzlum Fələstin əhalisinə işgəncəyə” qarşı səsini ucaltmaq üçün toplaşıb.

Öz növbəsində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əli Əliyev İsrail, ABŞ, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, NATO və Aİ üzvü dövlətləri "terrorçu dövlətlər" adlandırıb.

"İsrailin Qəzzadakı cinayətlərinə dünyanın 1 nömrəli terror ölkəsi ABŞ, Avropa ölkələri, NATO, Almaniya, İtaliya, Fransa, İngiltərə himayədarlıq edirlər, onlar birlikdə bu cinayətləri təkcə Fələstində, Qəzzada yox, uzun illərdir İraq, Ərəbistan, Suriya, Yəmən, Liviyada törədiblər. Onlar dünyanın ən güclü terrorçularıdır", - Əliyev deyib və ABŞ prezidentini "imperializmin başçısı" adlandırıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Bakıda yerləşir və ona şeyx Allahşükür Paşazadə rəhbərlik edir. Əgər Marneulidə mitinqdə səslənən bəyanatlar barədə məlumatlar təsdiqlənərsə, bu, rəsmi Bakı və Tbilisinin mövqeyinə ziddir.

Belə olan halda Gürcüstandakı çoxsaylı Azərbaycan diasporu Qərb ölkələrilə qarşıdurma kampaniyasına cəlb oluna bilər ki, bu da İran, Rusiya və radikal islam rejimlərinin maraqlarına uyğundur.

Hələlik Qafqaz Müsəlmanları İdarəsi Marneulidəki mitinqə və orada səslənən çağırışlara münasibət bildirməyib.(Turan)

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi ABŞ və Qərb ölkələrini terror ölkələri adlandırıb?

 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam