Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiya yeni kabusla üz-üzə

Ukrayna ilə savaşın qızğın çağında Yevgeni Priqojin Rusiya həbsxanalarından 50 minə yaxın məhkumu muzdlu olaraq cəlb edib.

Yenixeber.org: Həmin dustaqlara 6 ay savaşdıqdan sonra azadlığa buraxılacaqları vəd edilib. Bir çoxları döyüş meydanında həlak olsa da, təxminən eyni sayda adam sağ-salamat geri qayıdıb. Onların bir çoxu ağır cinayətlər törətməyə görə vaxtilə məhkum olunan şəxslərdir.

“Rus” Fondunun rəhbəri Olqa Romanova “Vaqner”in dağılmasından sonra həmin şəxslərlə bağlı yaranan narahatedici situasiyadan danışıb.

Onun sözlərinə görə, təkcə Baxmut yaxınlığında 22 min məhkum həlak olub. “Vaqnerçilər”in fəaliyyət göstərdiyi digər yerləri nəzərə alsaq, məhbuslar arasında ümumi itkini 25 min olaraq qiymətləndirmək olar.

20 minə yaxın sağ qalan isə cinayət cəzasından azad edilib. Onlardan 2300-2500 nəfəri Priqojinlə Belarusa gedib. 400 nəfər Anapa hotellərində yerləşdirilib. Bunlar “Vaqner”in Molkinodakı hazırda bağlanan təlim bazasında qalan və Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqdan imtina edən şəxslərdir.

Priqojin tərəfindən azad edilənlərin əksəriyyəti qeydiyyat yerinə qayıdıb. Bu adamların “Vaqner”lə qeyri-məhdud müqavilələri var və Belarusa gedə bilərlər. Amma əslində onlara heç kim nəzarət etmir.

Olqa Romanova bildirib ki, həbsxanadakı şəraitdən psixoloji vəziyyətləri yerində olmayan bu adamlar müharibədən travma ilə gəliblər, lakin heç kim onların sosiallaşması ilə məşğul olmur. 

Onun sözlərinə görə, hakimiyyət bu qədər başkəsəni azad etməyi planlaşdırmayıb: “Çünki onların ya müharibədə öləcəkləri, ya da müxtəlif özəl hərbi şirkətlərə gedəcəkləri güman edilirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam