Nazirlərin Bakı toplantısı keçirilir -FOTOLAR
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.
Yenixeber.org: Tədbir iki gün davam edəcək.
Toplantıda 120 üzv ölkə, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.
Nazirlər toplantısında Hərəkatın gündəliyində yer alan bir çox məsələlər müzakirə olunacaq, eyni zamanda yekun sənədlər və Bakı Bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.