Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

“BU, YALANÇININ VƏ QORXAĞIN NİTQİ İDİ...” - Erməni general Paşinyanı təhqir etdi

“Bu kateqoriyanın adamı özünü belə alçaltmalı deyil”

Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran parlament komissiyasındakı çıxışına təpkilər davam edir.

Yenixeber.org: Ermənistan ordusu Baş Qərargahının sabiq rəis müavini, general Tiran Xaçatryan Paşinyanın müharibə günlərində Baş Qərargahın ona səhv məlumatlar ötürməsinə dair fikirlərinə cavab verib.

44 günlük müharibədə Baş Qərargah rəisinin müavini kimi yüksək post tutan Xaçatryan Paşinyanın yalan danışdığını deyib: “O, nə deyib, kiminlə danışıb, qoy bunu müvafiq orqanlar açıqlasınlar. Mən onunla heç bir mövzuda danışmamışam. Bu, özünə haqq qazandırmaq və günahı başqalarının üzərinə atmaq istəyən yalançının və qorxağın nitqi idi. Tutaq ki, o, doğru deyir. Ancaq aydın deyilmi ki, bu kateqoriyanın adamı özünü belə alçaltmalı, özünə haqq qazandırmalı deyil. Mən onun səviyyəsini nəzərdə tuturam…”

Xatırladaq ki, Xaçatryan Paşinyan Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketlərinin yararsız olduğunu deyəndən sonra yaranan qalmaqal nəticəsində 2021-ci ilin fevralında vəzifəsindən istefa verib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam