Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Partlayışdan əvvəl və sonra:Kaxovanın peyk görüntüsü

Kaxova Su Elektrik Stansiyasının dağıdılmış bəndinin ilk peyk görüntüsü yayımlanıb.
Yenixeber.org: Bəndin partlayışdan əvvəl və sonrakı fotolarını Scheme nəşri paylaşıb.
"Planet Labs-ın 2023-cü il iyunun 6-na olan təzə peyk fotoşəkilləri Kaxovka SES-də baş verən partlayışın nəticələrini göstərir. İyunun 4-də olan görüntü ilə müqayisədə su elektrik stansiyasının demək olar ki, bütün strukturunun dağıldığını görmək olar. ”, - məlumatda deyilir.
eyd edək ki, Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən "Nova Kaxovka" su anbarı vurulub. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.
 
Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını iddia edib. "Kaxovka bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - deyəUkrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatında bildirib.
Rusiya xəbər agentlikləri isə Rusiya qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını, bir rus rəsmisi isə "terror hücumu olduğunu" vurğulayıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Tvitter" hesabında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski bənddə baş verən partlayışla bağlı təcili iclas keçirəcək.
Hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd 1956-cı ildə "Kaxovka" su elektrik stansiyasının tərkibində Dnepr çayı üzərində tikilib. Su anbarı həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Rusiyanın nəzarətində olan Zaporojjya AES-ni də su ilə təmin edir.
Sovet dövründən qalan və Rusiyanın nəzarətində olan bəndin partladılması Xerson vilayətinin böyük hissəsində daşqınlara səbəb ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam