Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya simasını necə qoruyacağını bilmir -NAZİR

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı haqqında danışıb. 

Yenixeber.org: Nazir əməliyyatın gizliliyinə diqqət çəkib. 

"Düşmən bundan nə qədər uzun müddət xəbərsiz olsa, bir o qədər uğurlu olar. Hərbi əməliyyatın mənası budur - onun başlandığını heç kim bilməməlidir. Buna görə də əks-hücum gözləməyə və çox yüksək qiymətləndirməyə dəyməz. Hava hücumundan müdafiə bir nömrəli prioritet olaraq qalacaq", - o bildirib. 

"Səmanın təhlükəsizliyi ölkənin "sağ qalması" deməkdir. Ərzaq istehsal etmək, vergi ödəmək, ordunu dəstəkləmək üçün istifadə olunan büdcəni doldurmaq qabiliyyəti bundan asılıdır. Hazırda partnyorlarımızla əsas vəzifəmiz snayper tüfənglərindən tutmuş tanklara və HIMARS-a qədər tərəfdaşlardan alınan sistemlər üçün ehtiyat hissələri, texniki xidmət, təmir və döyüş sursatı ilə təmin etməkdir. Rusiya danışıqlar istəyir, amma simasını necə xilas edəcəyini və müharibəni necə bitirəcəyini bilmir, ona görə də variantlar axtarır", - Reznikov əlavə edib. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam