Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu dövlətlər Rusiyanı beynəlxalq nüvə enerjisi bazarından çıxaracaq

G7-nin üzvləri olan Böyük Britaniya, Fransa, ABŞ, Kanada və Yaponiya Rusiyanı beynəlxalq nüvə enerjisi bazarından sıxışdırmaq üçün birləşməyə razılaşıblar. Tərəflər birgə nüvə yanacağı tədarükü zəncirlərinin yaradılmasını planlaşdırır.

Yenixeber.org: Bu barədə Böyük Britaniya hökumətinin bəyanatında bildirilir. Bəyanatda deyilir ki, tərəflər Rusiyanı “mümkün qədər tez” tədarük zəncirlərindən təcrid etməyi düşünürlər. Lakin hələlik bu məqsədə nail olmaq üçün konkret planlar yoxdur.

Bəyanatda qeyd olunur ki, müvafiq saziş Britaniyanın nüvə sektorunu gücləndirəcək. Böyük Britaniyadakı atom elektrik stansiyaları ölkənin elektrik enerjisi təchizatının təxminən 15%-ni təmin edir və hökumət bu payı 2050-ci ilə qədər 25%-ə çatdırmağı planlaşdırır. Rosatom dünyanın zənginləşdirilmiş uran, nüvə reaktorları və yanacağın ən böyük ixracatçısıdır. Korporasiya ABŞ-da 92 nüvə reaktoru üçün tələb olunan zənginləşdirilmiş uranın təxminən beşdə birini təmin edir.

Rosatom həmçinin 100 milyon insan üçün elektrik enerjisi istehsal edən Avropa kommunal xidmətlərinin işini də nizamlayır. 2022-ci ildə Rusiya əleyhinə sanksiyaların tətbiqinə baxmayaraq, nüvə sənayesi məhdudlaşdırıcı tədbirlərə məruz qalmayıb. Rosatoma qarşı sanksiyaların tətbiqi xüsusilə Avropa İttifaqı tərəfindən müzakirə edilib, lakin Macarıstanın mövqeyi səbəbinən bu qərar razılaşdırılmayıb. O, Rusiyadan uran idxalından imtina etməyəcəyinə inandırıb və nüvə sektoruna təsir edən istənilən sanksiyaların qarşısını alacağına söz verib.

Qeyd edək ki, fevralın 24-də “Rosatom”un rəhbərləri Britaniyanın sanksiyalarına məruz qalıb. Lakin hələlik korporasiyanın özünə qarşı sanksiyalar tətbiq edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam