Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İş adamı yüksək vəzifəli məmurun maşınına hücum edib? -FOTO

is-adami-yuksek-vezifeli-memurun-masinina-hucum-edib

Bakıda yüksək vəzifəli şəxs polisə müraciət edərək hədələndiyini bildirib.

Yenixeber.org: Mlumata görə, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri, 1957-ci il təvəllüdlü Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.

O qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.

Əldə etdiyimiz digər məlumata görə, onun barəsində şikayət etdiyi Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.("Qafqazinfo")

Fotoda: Hikmət Xəlilov



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam