Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Keçmiş ETTELAAT zabitinin ifadəsi yayılıb:“Məqsədimiz Azərbaycana… məxsus hədəflərə terror təşkil etmək idi”

Altı ay əvvəl Tanzaniyada həbs edilən İran kəşfiyyatının keçmiş zabiti Həmidreza Məhəmməd Abrahanın istintaqa verdiyi ifadənin bəzi hissələri və videogörüntüsü yayılıb.

Yenixeber.org: Məlumata görə, sosial şəbəkələrdə İranın müxalifət mediasına istinadən yayılan xəbərdə bildirilir ki, Abraha 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın informasiyası əsasında həbs edilib. “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti ifadəsində bildirib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluq etmək və xüsusilə Tanzaniyada və Afrikada Azərbaycan hədəflərinə qarşı terror təşkil etmək üçün əməkdaşlığa cəlb etməkdir.

“Həbs olunmazdan əvvəl Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 

2019-cu ildə o, uzunmüddətli təlimdən sonra Tanzaniyaya transfer olunub. Tanzaniyada neft və neft məhsulları satıcısı adı altında işləyib”, – məlumatda deyilir.

Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) strukturu və sxemləri haqqında ətraflı məlumat verib, həmçinin cəlb etdiyi agentləri açıqlayıb. Bundan sonra o, Tanzaniyadan öz ölkəsinə ekstradisiya edilib.

Qeyd edək ki, Tanzaniya Qoşulmama hərəkatı çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. 

2019-cu il fevralın 7-də Azərbaycan Respublikasının və Tanzaniya Birləşmiş Respublikasının BMT yanında daimi nümayəndələri tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanıb.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Tanzaniya Birləşmiş Respublikasının Baş Naziri Kassim Majalivanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Hazırda Tanzaniyada Azərbaycana məxsus hansı obyektlərin fəaliyyət göstərdiyi bəlli deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam