Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Avropada soyuq hava istilik mövsümünü bitirməyə imkan vermir:Anbarlardakı qaz ehtiyatı 55,6 faizə düşüb

Avropada havaların soyuq keçməsi istilik mövsümünün başa çatmasına imkan vermir. 2022-ci ildə martın 19-da Avropada yeraltı anbarlardan qaz götürülməsi tamamilə dayandırılmış, proses əksinə getməyə başlamışdı. Lakin bu il martın ilk ongünlüyündən etibarən Avropada soyuq hava siklonları bir-birini əvəz etdiyinə görə istilik mövsümü hələ də davam edir.

Yenixeber.org: Gas Infrastructure Europenin (GIE) məlumatına əsasən, martın 20-də anbarlardan 170 milyon kubmetr qaz götürülüb, onlara cəmi 47 milyon kubmetr qaz vurulub. Halbuki istirahət günlərində qaz vurulması istehlakı üstələmişdi.

Fransada işçilərin tətili üzündən 3 maye qaz terminallarından yalnız biri işləyir. Bu da anbarlardan daha çox qaz götürülməsinə səbəb olur.

Qeyd edək ki, mülayim havalar Avropada istilik mövsümünün bir ay gec – noyabrın 14-də başlanmasına imkan verib. Ondan bəri anbarlardan49,42 milyard kubmetr qaz götürülüb. Hazırda anbarlar 55,64 faiz doludur, onlarda 60,64 milyard kubmetr qaz var. Keçən il istilik mövsümünün sonunda anbarlar cəmi 25,5 faiz dolu idi.

Hazırda Avropa Rusiyadan Ukrayna üzərindən gündə 42 milyon kubmetr civarında qaz alır. Daha 30 milyon kubmetr isə Türkiyə üzərindən əldə edilir. Qalan ehtiyaclar Norveç, Əlcəzair, Azərbaycan kimi ölkələrdən artan nəql, həmçinin maye qaz hesabına təmin olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam