Baxmutda vəziyyət gərgindir -əlavə qüvvələr göndərilib
Ukrayna Baxmut istiqamətinə əlavə qüvvələr cəlb edib.
Yenixeber.org: Bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar məlumat yayıb.
"Quru Qoşunlarının komandanı Aleksandr Sırski bu yaxınlarda şəhərə səfəri zamanı əlavə hissələrin köçürülməsinə qərar verib”, - deyə məlumatda bildirilir.
Malyar izah edib ki, Baxmutun özündə vəziyyət gərgindir: "Rusiya ordusu Donetsk bölgəsini tamamilə işğal etmək üçün əsas səylərini orada cəmləyib".
Onun sözlərinə görə, Baxmutu saxlamaq qərarı siyasi deyil, sırf hərbidir: "Qərarları siyasi motivlərə əsaslanmayan hərbçilər verir”.