Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranda bu cür işgəncələr verilir – CNN-dən HESABAT

İranda bu cür işgəncələr verilir –    CNN-dən HESABAT
CNN İranın nümayişçilərə işgəncə vermək və onları etiraflara məcbur etmək üçün gizli həbsxanalar şəbəkəsindən necə istifadə etdiyini göstərən araşdırma hesabatı dərc edib.
Yenixeber.org: Bu şəbəkə İranda məscidlərin zirzəmisi kimi dövlət mərkəzlərində yerləşən 40-dan çox qeyri-rəsmi işgəncə mərkəzinin və elan edilməmiş gizli həbsxanaların yerini tapa bilib.
Bu gizli saxlama mərkəzlərinin dəqiq yerini tapmaq üçün CNN qiyamın şahidləri və məhbusları ilə müsahibə aparıb və bu məlumatları peyk görüntüləri ilə uyğunlaşdırıb.
Bu hesabata görə, Tehranda səkkiz, Sənəndəcdə altı, Zahidanda beş gizli işgəncə mərkəzi müəyyən edilib.
Kərəc, Məşhəd, Təbriz, Kirmanşah, Amol, Saqqız, Aşnoye və s. kimi digər şəhərlərdə də şahidlərin verdiyi məlumatlar əsasında onlarla gizli həbsxanalar müəyyən edilib.
CNN-in məlumatı açıqladığı yerlər arasında rəsmi sənədlərdə adı çəkilməyən Kəşfiyyat Nazirliyinin kazarma və binalarındakı qeyri-qanuni həbsxanalar və məscidlərin zirzəmisində qurulan müvəqqəti saxlama mərkəzləri var.
Bu hesabatda edam edilən Məhəmməd Mehdi Karmi və Məhəmməd Hüseyninin Kərəc həbsxanasına köçürülməzdən əvvəl eyni qeyri-rəsmi yerlərdə işgəncələrə məruz qaldıqları da qeyd edilir. Başqa bir edam edilmiş etirazçı Möhsün Şəkəri də bu yerdə işgəncələrə məruz qalıb, sonra həbsxanaya aparılıb.
CNN-in xəbərinə görə, bu gizli həbsxanalarda etirazçılara verilən işgəncələr onları etiraf etməyə məcbur edib və məhkəmələr buna əsaslanaraq ölüm hökmü kimi ağır qərarlar çıxardıblar.
CNN gizli saxlama mərkəzlərində saxlanılan iki etirazçı Keyvan Səmədi və Möhsün Söhrabidən sitat gətirərək bu yeraltı işgəncə mərkəzlərinin atmosferini təsvir edib
Bu iki etirazçının açıqlamaları göstərir ki, İslam Respublikasının agentləri məhbuslara öz gizli həbsxanalarında hər cür fiziki, ruhi və cinsi işgəncələr veriblər.
Məhkumlara daha çox maddə yeritmək və işgəncə verənin “boynundan öpmək və bədənini yalamağa” məcbur etmək, dəyənəklə cinsi təcavüz, bıçaq və şprislərdən istifadə ilə işgəncə verilib. Bütün bunlar Səmədi və Söhrabinin CNN-ə müsahibəsində qeyd edilib.
CNN bu xüsusi reportajda İran İslam Respublikasında inqilab zamanı məhbusların zorlanması və cinsi istismarı məsələsinə toxunub.
CNN təhlükəsizliyini qorumaq üçün adını dəyişdirən, həbsdə olan insanlara qarşı cinsi təcavüzün həm şahidi, həm də qurbanı olan iranlı kürd qadın Hanadan müsahibə alıb. “Qızlar zorlanıb, sonra başqa şəhərlərə (həbsxanalara) köçürülüb və onlar (qızlar) bu məsələ haqqında danışmaqdan qorxurdular”, - Hana deyib.
Bu reportajda CNN İranı tərk edən zorlama və cinsi qısnama hadisəsinin şahidləri və sağ qalan şəxslərin müsahibəsinə əsaslanaraq, bəzi hallarda etirazçıları şantaj etmək və onları susmağa məcbur etmək üçün cinsi təcavüz videolarının çəkildiyini açıqlayıb.
Bu hesabata görə, CNN İran həbsxanalarında 11 cinsi zorakılıq hadisəsindən xəbərdardır və bu halların az qala yarısını təsdiqləyə bilib.(axar.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam