Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Ukrayna bu ay 6500 hərbçi itirib? -İDDİA

        "Bu ilin ilk ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 6500-dən çox olub".

Yenixeber.org: Bu iddia Rusiyanın müdafiə naziri Sergey Şoyquya məxsusdur.

Şoyqu iddialarını belə davam etdirib: "2023-cü ilin yanvar ayında Ukrayna Silahlı Qüvvələri 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və digər zirehli texnika, 40 döyüş maşını itirib".

"ABŞ və müttəfiqləri ağır hücum silahları verməklə Ukraynadakı münaqişəni mümkün qədər uzatmağa çalışır. Onlar açıq şəkildə Ukraynanı Rusiya Federasiyasının ərazilərini ələ keçirməyə çağırır. Bu hərəkətlər NATO ölkələrini münaqişəyə cəlb edir və onun eskalasiyasının gözlənilməz həddə çatmasına gətirib çıxara bilər", - deyə o bildirib.

Nazir Uqledar və Baxmutda döyüşlərin getdiyini əlavə edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.( TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam