Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

İrana qarşı sanksiyalar genişləndirilir

Böyük Britaniya Baş prokurorun müavini Əhməd Fazelian da daxil olmaqla, İranın yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Yenixeber.org: Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Bu gün Böyük Britaniya İranda rejimin rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları ilə yanaşı, beynəlxalq ictimaiyyətin İran rejiminin, Böyük Britaniya və İran vətəndaşı Əlireza Əkbərinin edam edilməsi də daxil olmaqla, öz xalqına qarşı törətdiyi dəhşətli zorakılığı ümumi şəkildə pislədiyini nümayiş etdirir”, - bəyanatda bildirilir.
Sanksiyalar siyahısına İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri, İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Hüseyn Nejat, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin komandanının müavini Salar Abnuş və Asayiş keşikçiləri qüvvələrinin komandanının müavini Qasem Rezai daxildir.
Bundan başqa, “Bəsic” İslam xalq könüllüləri dəstəsinə və “Bəsic” Kooperativ Fonduna da sanksiyalar tətbiq edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam