Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndidə “aksiya” keçirən ermənilər ifşa oldu – FOTO

          Bu gün Xankəndinin mərkəzində bir qrup ermənilər aksiya keçirməyə cəhd ediblər.

Yenixeber.org: Aksiya Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda “humanitar fəlakət” yalanlarını tam şəkildə ifşa edir.

“Aksiyaya” toplaşanlar saylarının həddən artıq az olduğunu və heç bir diqqət çəkmədiklərini görərək, aksiyanı başqa günə təyin ediblər.

Buna baxmayaraq, bugünkü aksiya cəhdi ilə ermənilər özlərini ifşa etmiş oldular. Bəlli oldu ki, Laçın yolundan qanunsuz daşımalar olmadığı halda Xankəndidə hansısa “irimiqyaslı aksiya” keçirmək mümkün deyil.

Xankəndi və ətrafında bir ovuc erməni icması yaşayır və onlar da hər hansı “humanitar fəlakətlə” üzləşməyiblər. Çünki yol humanitar yüklər və sadə insanlar üçün açıqdır. Əgər hər hansı “humanitar fəlakət” olsaydı, heç olmasa, bugünkü aksiyaya orda olan-qalan ermənilər toplaşardı.

Xatırladaq ki, aksiyadan nə video, nə də geniş fotoşəkillər paylaşılıb. Yalnız bir kiçik foto yerləşdirilib. Amma bu foto da “aksiya” haqda təsəvvür üçün kifayətdir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam