Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putin "günah keçisi" axtarır:Generallar hədəfdə...

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədəki uğursuzluqlara görə şəxsi məsuliyyəti aradan qaldırmaq üçün Rusiya generalları ilə mərhələli görüş keçirib.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tvitində yazılıb.

"Putin qondarma “xüsusi hərbi əməliyyat”ın birgə qərargahına baş çəkib və yüksək rütbəli hərbçilərlə, o cümlədən Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb", - deyə kəşfiyyatın məlumatında bildirilir.

"O, "xüsusi hərbi əməliyyat"ın növbəti addımları ilə bağlı təkliflər istəyib. Hesabatı təqdim edənlərdən biri də Rusiyanın Ukraynadakı qoşun qruplaşmasının komandanı, general Sergey Surovikin olub. Bu mərhələli görüşdə Putinin "xüsusi hərbi əməliyyat" üçün kollektiv məsuliyyət nümayiş etdirmək niyyətində olduğu iddia edilir. Bu nümayiş, ehtimal ki, Putini hərbi uğursuzluq, yüksək ölüm nisbətləri və səfərbərlikdən artan ictimai narazılığa görə məsuliyyətdən azad etmək məqsədi daşıyır",- deyə açıqlamda deyilir.


Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu 
     Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu

Bundan əlavə, kəşfiyyat qeyd edib ki, televiziya videosu guya Gerasimovun vəzifədən uzaqlaşdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri dağıtmaq məqsədi daşıyıb.

Dekabrın 16-da Vladimir Putin Ukraynada döyüşən işğalçı ordunun qərargahına baş çəkib. O, həmçinin düşmən qoşunlarının komandanları ilə şəxsi görüşlər keçirib, döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib.

Mətbuat xidməti səfərin videosunu yayıb. Videonun kadrlarında Putinin müdafiə naziri Sergey Şoyqu və Ukraynadakı Rusiya qoşunlarının komandanı Sergey Surovikin və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdüyü diqqəti çəkir.

Qərargahın yeri barədə məlumat verilməyib. Putinin komandanlıq üzvləri ilə şəxsi danışıqlarının təfərrüatları da açıqlanmayıb.(Bizimyol)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam