Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ukrayna “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsini istəyir -"Bu, icrası mümkün olmayan məqamdır”

             Deputat Jurova: “Bəlkə bu insanlar getmək istəmirlər, onda nə etməliyik?”

“Rusiya əsir düşənlərin mübadiləsi üçün hər şeyi etməlidir. Lakin Ukrayna mübadilə çərçivəsində Rusiya ərazisinə gələn mülki şəxslərin geri qaytarılmasını istəyirsə, bu, mümkünsüzdür”.

Yenixeber.org: Bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini, deputat Svetlana Jurova deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski G20 Sammitinə videobağlantı vasitəsilə çıxışı zamanı Rusiyadan bütün ukraynalı əsirlərin qaytarılmasını tələb edib. Ukrayna lideri mübadilədə “hamının hamıya” prinsipindən istifadəni təklif etdi. Prezidentin sözlərinə görə, bu prinsiplə hərbi əsirlər, Rusiyaya gedən mülki şəxslər və rəsmi Kiyevin köçkün adlandırdığı uşaqlar da qaytarılmalıdır.

Deputat Jurova isə bildirib ki, əgər hərbi əsirlərin dəyişdirilməsi imkanları varsa, onları nəzərdən keçirmək lazımdır: “Eyni zamanda, mübadilə “birə bir” prinsipi üzrə aparılmalıdır. Əsas odur ki, Ukrayna başqa tələblər irəli sürməsin”.

“Mülki şəxslərlə bağlı vəziyyət daha mürəkkəbdir. Yəni demək istəyirəm ki, insanları istədi-istəmədi qaytarmaq olmaz. Getmək istəmirlər, amma biz onları göndəririk düzgün deyil. Bu, gülüncdür. Bəlkə bu insanlar getmək istəmirlər, onda nə etməliyik? Ola bilsin ki, bura onların xoşuna gəlir və köçmək fikrində deyillər. Bu, icrası mümkün olmayan məqamdır”, - deyə deputat bildirib.

Qeyd edək ki, noyabrın 11-də Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, əsirlərin növbəti mübadiləsi zamanı Kiyev 45 hərbçini və daha iki əsgərin cəsədini geri qaytarıb. Ukrayna liderinin ofisinin nümayəndəsi vurğulayıb ki, Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı hərbi əsirlərin azad edilməsinə yardım edib.(“Lenta.ru”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam