Moskva hələ ki, İndoneziyada G20 sammitində Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı qərar verməyib.
Yenixeber.org: Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hələ ki, qərar verilməyib”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bundan öncə “Baza” nəşri G20 sammitində Rusiyanı baş nazir Mixail Mişustinin təmsil edəcəyi barədə məlumat yaymışdı.