Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Conson Baş nazir olmaq istəyir...-AÇIQLAMA

Conson Baş nazir seçkilərinə qatılacaq

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson yenidən bu vəzifə uğurunda yarışda iştirak etmək niyyətindədir.

Yenixeber.org: Bu barədə "Reuters" agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hökumət və Mühafizəkarlar Partiyası daxilində Consonun yenidən Baş nazir seçilməsini dəstəkləyən siyasətçilər var. Britaniyanın hazırkı müdafiə naziri, partiya daxilində ciddi nüfuzu olan siyasətçi Ben Uollas Consonu dəstəklədiyini deyib.

Boris Conson rəsmi olaraq Baş nazir postu uğurunda yarışda iştirak edəcəyini elan etməsə də, onun dostu, deputat Ceyms Dadric “Sky News“a açıqlamasında sabiq baş nazirin seçkilərə qatılacağını bəyan edib.

Qeyd edək ki, Liz Trass 44 gün Baş nazir olduqdan sonra dünən istefa verib. Hələlik sadəcə İcmalar Palatasının rəhbəri Penni Mordaunt ölkənin son 6 ildə beşinci Baş naziri olmaq üçün namizədliyini irəli sürüb. Consonun dövründə maliyyə naziri vəzifəsini tutan Rişi Sunak da potensial namizədlərdən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam