Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kiyevin bombardman edilməsi ilə bağlı cinayət işi açılacaq- "Raket zərbələri Rusiyanın “klassik terror aktı”dır"


Ukrayna Baş Prokurorluğu Rusiyanın bu həftə Kiyev və digər şəhərlərini bombardman etməsi ilə əlaqədar cinayət işi açacaq.

Yenixeber.org: Bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla birgə mətbuat konfransında Ukrayna baş prokuroru Andriy Kostin məlumat verib.

O, raket zərbələrini Rusiyanın “klassik terror aktı” adlandırıb.

Onun sözlərinə görə, Rusiya Ukraynaya 112-dən çox raket zərbəsi endirib. Zərbələr 17 nəfərin ölümünə və 93 nəfərin yaralanmasına səbəb olub.

"Rusiyanın qəsdən hücumlarının məqsədi mülki əhalinin ölümünə səbəb olmaq, mülki infrastrukturu məhv etmək, elektrik və istilik çatışmazlığı ilə humanitar fəlakətə səbəb olmaqdır", - Kostin bildirib. 

Onun sözlərinə görə, hər bir ölüm, yaralanma və ya zədələnmiş bina sənədləşdiriləcək və cinayət işi açılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam