Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

ATƏT rəhbəri “Rus dünyasını” totalitar ideologiya adlandırdı:"... qeyri-insani və qəddardır "

ATƏT rəhbəri “Rus dünyasını” totalitar ideologiya adlandırıb
“Rus dünyası” totalitar ideologiyadır, qeyri-insani və qəddardır və Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada törətdiyi cinayətlərə görə beynəlxalq məsuliyyət daşımalıdır.
Yenixeber.org: Bunu ATƏT-in hazırkı rəhbəri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib. Rau vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı qəddar və əsassız təcavüzü Avropa regionunda dövlətlərin dinc yanaşı yaşaması anlayışını sarsıdıb. O xatırladıb ki, Rusiya beynəlxalq humanitar hüququ, insan hüquqlarını pozur və bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada ən böyük humanitar böhrana səbəb olub.
"Buça, Mariupol, İzyum dəhşətli cinayətlərə şahidlik edir. Bunlar öz ölkələrinin şəhərlərinin küçələrində, evlərində olan insanların işgəncə, zorlama, qətlə yetirilməsi ilə bağlı cinayətlərdir. Biz bunu xatırlamalı və bu cinayətlər haqqında danışmalıyıq”, - Rau bildirib.
"İnsan haqlarının pozulması, ATƏT-ə üzv olan dövlətlərdən birinin ordusunun nümayəndələrinin digərinin əhalisinə qarşı törətdiyi qətllər - belə bir ölkə sivil dövlətlər sırasında ola bilməz deməkdir. Necə ola bilər ki, Puşkini, Lermontovu, Çaykovskini dünyaya gətirən millət bu qədər tənəzzülə uğrayıb çarizmin, bolşevizmin təcavüzkarlıq ənənələrinə qayıtsın?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam