Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

İrəvanda təşviş yaşanır-Milli Təhlükəsizlik Xidməti bəyanat yaydı

 Ermənistan Milli Təhlükəsizlik Xidməti medianı və vətəndaşları ölkədə terror aktları təhlükəsi ilə bağlı yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırıb.

Yenixeber.org: Bu barədə Xidmətin yaydığı məlumatda deyilir. Milli Təhlükəsizlik Xidməti cəmiyyətdə panikaya düşməmək üçün vətəndaşlara rəsmi məlumat mənbələrindən istifadə etməyi, yoxlanılmamış məlumatları yaymamağı tövsiyə edib.“Respublikada təhlükəsizlik vəziyyəti Milli Təhlükəsizlik Xidməti tərəfindən verilən səlahiyyətlər çərçivəsində tam nəzarətdə saxlanılır”, - qurumun bəyanatında deyilir.Bundan əvvəl sosial şəbəkələrdə İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayışın terror aktı ola biləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu versiya metronun, hava limanının, parlamentin, kilsələrin, mülki və hərbi obyektlərin ərazisinə bomba qoyulması barədə kütləvi məlumatlarla “dəstəklənib”.

Daha sonra vahid informasiya mərkəzi bomba siqnallarının e-poçt vasitəsilə alındığı və izlənilməsinin çox çətin olduğu barədə bəyanat yayıb.
Xatırladaq ki, dünən İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 16 nəfərin itkin düşüb, 61 nəfər idə yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam