Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Erməni deputatlardan növbəti təxribat - Qarabağa gəliblər

   Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.
Yenixeber.org: Məlumatı “Hraparak” qəzeti yayıb.
Qəzet yazır ki, müxalifət deputatları “Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.
Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər.
“Hraparak” erməni deputatların artıq sərhədi keçdiklərini yazıb.“Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış  qəsəbə-red.) yaxınlaşırlar”, - “Hraparak” yazıb.
Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı  əlavə məlumat yayacağını vəd edib.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərinə qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrini boşaldılmasına mane olmaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam