Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Yol polisi "Son zəng" tədbirləri ilə bağlı valideynlərə müraciət edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Son zəng" tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib.

Yenixeber.org: BDYPİ-dən daxil olan müraciətdə deyilir:

Əziz müəllimlər, valideynlər və şagirdlər! Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq!

Bu gündən etibarən doğma məktəbdən ayrılan məzunlarımız həyatlarının yeni mərhələsinə qədəm qoyacaq, planlaşdırdıqları hədəflərə doğru addımlayacaq, təhsilini ali məktəbdə davam etdirəcək, hansısa ixtisasa yiyələnəcək və ya Vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollanacaqlar. Lakin harada olmalarından asılı olmayaraq onlar yol hərəkəti iştirakçısı olaraq qalacaqlar.

Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi isə olduqca təhlükəli əməldir.

Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.

Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.

Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam