Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda kartof iki dəfə bahalaşdı

                         Ermənistanda kartof gözlənilməz həddə bahalaşıb.
Yenixeber.org: Hazırda ölkə bazarında kartofun qiyməti kəskin bahalaşaraq 1 kq-ı 500-600 drama çatıb. Hələ bu ilin fevral ayında kartofun 1 kiloqramı 250 dram olub. Sosial şəbəkələrdə istifadəçilər qiymət artımından narazılıqlarını bildirirlər.
Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan deyib ki, dizel yanacağı, gübrə və əkin materiallarının bahalaşması səbəbindən kartofun da qiyməti qalxıb.
“İndi bazarda tələb var, amma təklif yoxdur, yəni respublikada kartof qıtlığı var ki, bu da qiymətlərə təsir edir...
…təzə kartofun əkin sahəsi azalıb, burada maya dəyəri artıq bahadır. Bundan başqa, kartof toxumu da bahadır. Əvvəllər 200-250 dram idisə, bu gün 350-400, 60-70 faizdir”, - deyə sabiq nazir müavini bildirib.

Həmçinin kartofun ixracı yüksək qiymətlərlə həyata keçirilir ki, bu da daxili bazarda bahalaşmaya şərait yaradır. Arutyunyanın sözlərinə görə, bu məsələdə dövlət səviyyəsində razılaşma yoxdur, Rusiyadan iş adamları özəl olaraq Ermənistana gəlib fermerlərdən kartofu baha qiymətə alırlar.

Arutyunyanın sözlərinə görə, bu gün respublikada kartof qıtlığını ödəmək üçün İrandan, Misirdən, hətta Türkiyədən gətirilir. Kartof bahalaşmaqda davam etdiyindən, bu o deməkdir ki, gələcəkdə qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi mümkün deyil.

"Əgər yerli məhsul yaranarsa, bu, qiymətləri bir neçə faiz aşağı salacaq, lakin qiymətlər çox aşağı düşə bilməz, çünki bu il kartofun və ümumilikdə kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olacaq", - Arutyunyan əlavə edib.
Ermənistanda kartofdan başqa, digər tərəvəz və bostan bitkilərinin də qiyməti artır.("Sputnik Ermənistan")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam