Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransada prezident seçkilərinin ikinci turu keçirilir

Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.

Yenixeber.org: Növbəti beş il ərzində dövlətə rəhbərlik hüququ uğrunda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Milli Birlik Partiyasının namizədi Marin Le Pen ikinci turda ardıcıl ikinci dəfə mübarizə aparacaq.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu. Belə ki, Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam