Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müharibə 47 milyon insanı ac qoya bilər-PROBLEM

Rusiya - Ukrayna müharibəsi fonunda dünyada 47 milyonadək insan tələbat böhranı ilə əlaqədar güclü aclıqla üzləşə bilər.

Yenixeber.org: Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında bildirilir.

Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: "Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq".

81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan ÜƏP ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb. Birinci ssenaridə Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb.

Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Bura müharibəyədək belə bir situasiya ilə mübarizə aparanlar da daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam