Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkələrin prezidentləri Ukraynaya gedir-FOTOLAR

 

Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karis Ukraynaya yola düşüblər.

Yenixeber.org: Bu barədə Litva Prezidenti Qitanas Nauseda tviter hesabında yazıb.

O, qeyd edib ki, həmkarları ilə Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanır.

Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, daha əvvəl Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda arasında görüş keçirilib.

Litva Prezidenti tviter hesabında həmkarları ilə bir araya gəlməsini mühüm regional görüş adlandırıb.

“Gündəlikdə: NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi, Ukraynaya dəstək, Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün əlavə təbliğat, Rusiyaya qarşı daha sərt sanksiyalar. Birlik bizim gücümüzdür”, - dövlət başçısı qeyd edib.

Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam