Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Litva Belarusu yeni seçki keçirməyə çağırdı

 

 Lukaşenkonun qarşısında şərt qoyan Litva, Latviya və Polşa bu şərtlərin qəbul edilməyəcəyi təqdirdə, sanksiya tətbiq olunacağını açıqladılar

Yenixeber.org: Litva, Latviya və Polşa Belarus böhranının həllində vasitəçiliyə hazırdır. Bunu Litva prezidenti Gitanas Nauseda deyib.

Nauseda Latviya prezidenti Egil Levits ilə danışıqlardan sonra Belarusda yaranmış vəziyyətdən çıxış yolu üçün öz planını təqdim edib:

“Belarusun yaxın qonşularına, o cümlədən Litvaya stabil, demokratik, müstəqil və inkişaf edən Belarus lazımdır. Bütün bunlar son günlər böyük narahatlıqla izlədiyimiz hadisələrlə bir araya sığmır”.

Prezident Nauseda Belarus hakimiyyəti qarşısında 3 şərt irəli sürüb:

– Vətəndaşlara qarşı zorakılıqdan imtina;

– Saxlanılanların buraxılması;

– Vətəndaş cəmiyyəti ilə dialoqun bərpası.

Litva prezidenti hesab edir ki, hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Milli Şuranın formalaşdırılması bu cür dialoq üçün əsas təşkil edə bilər.

Likaşenko bu təkliflərdən imtina edərsə, nə baş verəcək?

Litva prezidenti bu halda sanksiyaların tətbiq olunacağını söyləyib:

“Düşünürəm ki, biz problemin ən ağrısız yolla, dinc üsulla həllini tapmalıyıq. Lakin bu təşəbbüs qəbul edilməsə, əlbəttə ki, başqa alternativlər var və hazırda bu haqda həm Avropa Birliyində, həm də Litvada danışılır. Mən sanksiyaları nəzərdə tuturam – istər Avropa Birliyi, istərsə də milli səviyyədə”.

Litva xarici işlər naziri Linas Linkeviçyus isə daha konkret tələb səsləndirərək Belarusu yeni prezident seçkiləri keçirməyə çağırıb. O qeyd edib ki, ötən seçkilər azad və demokratik olmayıb. Nazir bu həftənin cümə günü AB-nin Belarusa qarşı sanksiyaların tətbiqini müzakirəyə çıxaracağını açıqlayıb.

Xatırladaq ki, Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya hazırda Litvadadır. Bu ölkə hökuməti onun yayılan videomüraciətlərinin təzyiq altında çəkildiyini söyləyiblər. L.Linkeviçyus yaxın günlərdə Tixanovskayanın açıqlama verəcəyini bildirib.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam