Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kimyəvi hücuma neft kəmərinə zərbə ilə cavab verəcəyik!-Rusiya ordusu Ukraynada kimyəvi silahdan istifadə edibmi?

Yenixeber.org: ABŞ və Böyük Britaniya hərbçiləri Rusiya ordusunun Ukraynada kimyəvi silahdan istifadə etməsi ilə bağlı məlumatları yoxlayır. Hazırda bütün dünyanın diqqəti Mariupola yönəlib: həqiqətənmi onun müdafiəçilərinə qarşı zəhərli qazdan istifadə olunub?

Məlumat təsdiqlənərsə, Baydenin sözləri ilə desək, Moskva üçün “ən ciddi” nəticələr ola bilər. ABŞ prezidenti hələ üç həftə əvvəl Brüsseldə söz vermişdi ki, kimyəvi hücum olduğu təqdirdə Putinə mütləq cavab veriləcək. Bunun ardınca isə “The New York Times” qəzeti Vaşinqtonun cavab planı hazırlamaq üçün “Pələng” adlı xüsusi qrup yaratdığını yazıb.

Xatırladaq ki, aprelin 11-də Mariupolu müdafiə edən əlahiddə dəniz piyadaları briqadası bu günün şəhərin müdafiəçiləri üçün sonuncu ola biləcəyi ilə bağlı müraciət yayıb. “Azovstal” zavodunun ərazisində mövqe tutan döyüşçülər Rusiyanın onlara qarşı kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı barədə xəbərdarlıq ediblər. Günün sonuna yaxın “Azov” döyüşçüləri bildiriblər ki, Rusiya tərəfi kimyəvi silaha əl atıb – bir neçə döyüşçüdə zəhərlənmə əlamətləri var. Ukrayna prezidenti Vladimir Zelenski dərhal dünya liderlərinə müraciət edərək Rusiyanın kimyəvi silahdan istifadə edəcəyi təqdirdə tez və daha sərt cavab verəcəkləri vədini xatırladıb.

Britaniyanın Xarici İşlər naziri Liz Trass Twitter hesabında rusların Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı məlumatı araşdırdıqlarını yazıb: “Biz tərfdaşlarımızla təfərrüatları yoxlamaq üçün işləyirik. Bu cür silahlardan istənilən istifadə münaqişənin amansız formada gərginləşməsi deməkdir və biz Putindən və onun rejimindən cavab tələb edəcəyik”.

“Pentaqon Rusiya qoşunlarının Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbəri təsdiq edə bilməz”. CNN telekanalı xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib. Eyni zamanda, Kirbi qeyd edib ki, ABŞ vəziyyəti yaxından izləyəcək.

Lakin Vladimir Zelenski Qərb liderlərinin ləng davranışından narazıdır. “Rusiya hərbçilərinin kimyəvi silahdan mümkün istifadəsi artıq müzakirə olunub”, – o aprelin 11-də axşam saatlarında deyib: “Bu hələ o zaman Rusiyanın təcavüzünə daha tez və sərt cavab vermək lazım olduğunu nəzərdə tuturdu”. 

Zelenski qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini müzakirə etməyə başlayıb və əlavə edib: “Bu paketi elə olmalıdır ki, Rusiya tərəfi kütləvi qırğın silahları ilə bağlı söz işlədə bilməsin. Rusiyaya qarşı neft embarqosu mütləqdir. Rusiyaya qarşı neftə təsir etməyən istənilən yeni sanksiyalar paketi Moskvada təbəssümlə qarşılanacaq”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam