Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

G7 ölkələri Navalnının zəhərlənməsini pislədi –Rusiyaya qarşı beynəlxalq təzyiqlər artır

G7 qrupuna daxil ölkələrin xarici işlər nazirləri rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini pisləyiblər və Rusiyanı bu “müdhiş hücumun” arxasında duranların aşkarlanmasına və cəzalandırılmasına çağırırblar.

Yenixeber.org: “Azadlıq” radiosunda xəbər verilir ki, sentyabrın 8-də verilmiş bəyanatda deyilir: "Biz G7 qrupunun üzvləri  Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və BirləşmişŞtatların xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Navalnınıartıq təsdiqini tapmış zəhərlənməsini ən kəskin şəkildə pisləməkdə yekdilik.

Kreml Aleksey Navalnının zəhərlənməsini inkar edir.

Almaniya BirləşmişŞtatların sədrliyi ilə keçirilən iclasda G7 qrupu nazirlərini Navalnının vəziyyəti barədə məlumatlandırıb. G7 nazirləri bildiriblər ki, onlar Rusiyanın bu zəhərlənmə aktının araşdırılmasına dair çağırışlara necə cavab verməsini izləyəcəklər.

Sentyabrın 8-də habelə BMT-nin insan haqlarıüzrə ali komissarı Miçelle Başelet Rusiyanı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı tam təhqiqat aparmağa çağırıb. Bəyanatda bu hadisə “sui-qəsd” cəhdi adlandırılır.

Komissar deyib ki, Almaniya ekspertləri Navalnının Noviçok kimyəvi maddəsi ilə zəhərlənməsinə dair yekdil nəticəyə gəliblər: "Sadəcə olaraq onun zəhərləndiyini inkar etməklə iş bitmir. Rusiyanın hazırkı hakimiyyəti bu cinayət üçün kimin məsuliyyət daşıdığını tam araşdırmalıdır. Bu, Rusiya torpağında baş vermis çox ciddi bir cinayətdir.

Baçelet əlavə edib ki, indiyədək bir çox Rusiya vətəndaşları zəhərləmə ilə sui-qəsd cəhdlərinin hədəfi olublar və bu, son dərəcə narahatedici məqamdır.

Almaniyanın Avropa işləri naziri Mixael Roz sentyabrın 8-də deyib ki, Berlin Navalnının zəhərlənməsinə cavab vermək üçün ən geniş vasitələri nəzərdən keçirir. Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya bu işlə bağlı suallara cavab verə bilər və verməlidir.

BirləşmişŞtatlarda Konqresin Xarici Əlaqələr Komitəsinin respublikaçı və demokrat üzvləri ABŞ-ı Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi iddialarını araşdırmağa çağırıblar.

Sentyabrın 8-də komitənin sədri Eliot Engel prezident Donald Trampı, əgər Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi təsdiqlənərsə, Moskva üzərinə əlavə sanksiyaların qoyulmasına çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam