Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa İttifaqından Rusiyaya qarşı beşinci sanksiyalar paketi...

 Avropa İttifaqı Ukraynada dinc sakinlərin qətlinə reaksiya verərək, aprelin 8-dən Rusiyaya qarşı əlavə sanksiya tətbiq edib.

Yenixeber.org: Cümə günü Brüsseldə keçirilən iclasda Avropa İttifaqı Xarici İşlər nazirlikləri rəhbərləri beşinci cərimə tədbirləri paketini təsdiq ediblər. Bununla 2022-ci ilin avqustundan Rusiyadan kömür və digər bərk enerji daşıyıcılarının idxalına qadağa qoyulub.

Bundan əlavə, Rusiya Federasiyasına yüksək texnologiyalı məhsulların göndərilməsi qadağan edilib.

Həmçinin, VTB də daxil olmaqla, Rusiyanın dörd bankının Avropa İttifaqı ərazisində köçürmələrinə tam qadağa qoyulub.

Rusiya gəmilərinə və Rusiya bayrağı altında üzən gəmilərə Avropa İttifaqının limanlarına daxil olmaq qadağan edilib.

Bundan əlavə, sanksiyalar Rusiya ilə ticarətin gələcək məhdudlaşdırılmasını nəzərdə tutur. Belə ki, Rusiyadan ağac, sement və dəniz məhsullarının idxalı qadağan edilib. Bu məhdudiyyətlər 15-20 milyard avro həcmində dəyərləndirilir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu paketi aprelin 5-də, Buça şəhərində rusiyalı hərbçilərin dinc ukraynalıları kütləvi qətl etdiyinə dair sübutlar ortaya çıxdıqdan sonra  sonra təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam