Rusiya tətbiq edilən sanksiyalar aradan qaldırılana qədər Beynəlxalq Kosmik Stansiya ilə əməkdaşlığı dayandıracaq.
Yenixeber.org: Bunu Rusiya Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin bildirib.
O bildirib ki, bundan sonra “Roskosmos” NASA və Avropa Kosmik Agentliyi də daxil olmaqla tərəfdaşları ilə orbital laboratoriyada işləməyəcək və Kremlə mövcud layihələrin başa çatması üçün qrafik təqdim edəcək.
BKS-də olan astronavtların əksəriyyəti hazırda Rusiya “Soyuz” kosmik gəmisi ilə yerə qayıdır, lakin indi İlon Maskın “Space X” şirkəti “Crew Dragon”la ekipajları kosmik stansiyaya aparır.
Hazırkı komanda üç amerikalıdan (Kayla Barron, Tomas Marşbern, Raca Çari), üç rusiyalı (Oleq Artemyev, Denis Matveev, Sergey Korsakov) və bir almandan (Mattias Maurer) ibarətdir.