Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Belarus münaqişəyə qoşul bilər-Yekun qərarı Moskva verəcək

"NATO-da tezliklə Minskin döyüşlərə qatılacağını düşünürlər" -    CNN

NATO Belarusun tezliklə Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibəyə qoşula biləcəyini ehtimal edir.
Yenixeber.org: Bu barədə alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə məlumat verib. Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır.
Belarusun münaqişəyə qoşulma ehtimalı artır və NATO-nun təmsilçisi əlavə edib ki, Vladimir Putinin “dəstəyə ehtiyacı var”.

Hərbi nümayəndənin sözlərinə görə, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar Moskvada verilməlidir.
- Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyirmi?", - NATO məmuru qeyd edib.
Alyansın kəşfiyyat rəsmisi ayrıca qeyd edib ki, təşkilata görə, Belarus hökuməti Minskin Ukraynaya hücumuna haqq qazandırmağa hazırlaşır. Kəşfiyyat rəsmisi Belarusun müharibəyə necə müdaxilə edə biləcəyini açıqlamayıb. Ancaq Rusiyanın qərb sərhədindən Ukraynaya gələn NATO hərbi yardımını kəsməyə çalışması zərurətinin yarandığını deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam