Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiya Kiyevdə “öz adamını” hakimiyyətə gətirmək istəyir-HESABAT

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada “öz adamını” hakimiyyət başına gətirmək planlarına dair hesabat dərc edib.

Yenixeber.org: Hesabata əsasən Kreml Ali Radanın keçmiş deputatı Yevgeni Murayevi Ukraynanın yeni başçısı rolunda görür. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, bu gün dərc edilmiş hesabat Rusiyanın Ukraynadakı “dağıdıcı fəaliyyətinin miqyasına və Kremlin düşüncəsinə dair təsəvvürlərə” işıq salır.

Rusiya XİN isə bu hesabatı “dezinformasiya” adlandırıb. “Böyük Britaniya XİN tərəfindən yayılmış dezinformasiya məhz NATO ölkələrinin başda anqlo-sakslar olmaqla Ukrayna ətrafındakı gərginliyin eskalasiyası ilə məşğul olduqlarını göstərir”, - Rusiya XİN-in bəyanatında deyilir.

Bəs Rusiyanın Ukraynada hakimiyyət başına gətirməyi planlaşdırdığı iddia olunan (ehtimal ki, Moskva bu planı Ukraynaya hərbi müdaxilənin ardınca həyata keçirə bilər, - red.) Yevgeni Murayev kimdir?

O, iki çağırış (2012 və 2014) Ukrayna parlamentinin deputatı olub, devrilmiş prezident Viktor Yanukoviçin Regionlar partiyasının keçmiş üzvüdür, hazırda “NAŞI” partiyasının lideridir. 2019-cu ildə parlamentə namizədliyini versə də seçilə bilməyib. Murayev “NewsOne” və “NAŞ” telekanallarının təsisçisidir. Dəfələrlə Ukraynanın bloklardan kənar statusu və hakimiyyətin de-mərkəzləşdirilməsi barədə fikirlərini açıqlayıb. Maraqlıdır ki, Murayev 2018-ci ildən Rusiyanın sanksiyaları altındadır. Özü bunu oliqarx Viktor Medvedçukla münaqişəsi ilə bağlayır. “Mənim ailəmin orada aktivləri həbs olunub. Britaniya XİN-də və xüsusi xidmət orqanlarında bunu Rusiyanın guya məni “işğalçı hökumətin” rəhbəri təyin etmək istəyi kimi görürlərsə artıq mister Bindən bu haqda soruşmaq lazımdır”, - Murayev hesabatda adının hallanmasına belə münasibət bildirib.

 

Hesabatda o da iddia edilir ki, Rusiya xüsusi xidmət orqanları bir çox keçmiş ukraynalı siyasətçilərlə əlaqə saxlayır. Onların arasında Yanukoviçin dövründə baş nazirin müavini işləmiş Sergey Arbuzov və Andrey Klyuyev, milli təhlükəsizlik və müdafiə şurasının keçmiş sədr müavini Vladimir Sivkoviç və keçmiş baş nazir Nikolay Azarov da yer alır.

Hesabata əsasən bir sıra rusiyameyilli ukraynalı siyasətçilər  Rusiya kəşfiyyatının hazırda Ukraynaya hücumun planlaşdırılmasında iştirak edən zabitləri ilə təmasdadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam