Morq müəmmasında yeni versiya: -Sahibsiz cəsədlər muzdlularındır?
Ermənistanda yüzlərlə hərbçi cəsədinin plastik torbalarda saxlanılması son günlərin əsas müzakirə mövzusuna çevrilib. İkinci Qarabağ müharibəsindən 8 ay ötməsinə baxmayaraq, Ermənistanın öz hərbçilərinin meyitlərini niyə gizli saxlaması bir sıra suallar doğurur.
Yenixeber.org: Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan yerli mediaya açıqlamasında deyib ki, hazırda ortada DNT analizi aparılması mümkün olmayan 50 cəsəd qalığı var. Onun sözlərinə görə, 149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğun gəlmir.
Maraqlıdır, 200-ə yaxın cəsədin sahibi tapılmırsa, morqun zirzəməsində aşkarlanan cəsədlər kimlərə məxsusdur? Bu zaman həmin cəsədlərin Ermənistanın Azərbaycana qarşı döyüşlərə cəlb etdiyi muzdlu döyüşçülərə aid olduğu ehtimalı ortaya çıxır. Belə bir versiya reallığı əks etdirirmi?
Mövzu barədə danışan hərbi ekspert Şair Ramaldanov deyib ki, müharibədən sonra İrəvanda yalnız itkinlər və itkilərlə bağlı deyil, ortalıqda qalan cəsədlərlə bağlı da biabırçı vəziyyətin yaranacağı əvvəlcədən bəlli idi:
“Hazırda ortada yüzlərlə sahibsiz cəsəd qalıqlarının qalması Ermənistan tərəfinin döyüşlərə muzdluları cəlb etməsi faktını bir daha təsdiq etmiş oldu. Prinsipcə rəsmi İrəvan bu məsələni gizlətmirdi, inkar da etmədilər. Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşlərə qatılmaq üçün bütün dünyada yaşayan ermənilərə çağırışlar edilmişdi. Təbii ki, həmin xarici ölkələrdə yaşayan ermənilərlə bərabər xeyli sayda muzdlu döyüşçülər də Azərbaycan torpaqlarına gələrək burada döyüşə qoşuldular. Əlbəttə, onlar ordumuz tərəfindən məhv edildilər. Həqiqətən də haqlı sual yaranır ki, əgər DNT analizinin nəticəsi heç bir hərbçi qohumu, valideyni ilə uyğun gəlmirsə, o zaman bu cəsədlərin, yaxud da cəsəd qalıqlarının kimlərə məxsus olduğunu necə biləcəklər? Bu sadə bir prosedurdur ki, tanınmaz halda tapılmış cəsədin və ya cəsəd qalıqlarının hansı hərbçi və ya döyüşçü olmasını aydınlaşdırmaq üçün onlardan götürülən nümunə övladlarını axtaran valideynlərin DNT analizləri ilə uyğunlaşdırılır. Yəni cəsədlərlə heç kimin uyğunluğu olmadığı üçün şübhələr birə beş artır”.
Ekspertin fikrincl, ola bilsin ki, hazırda morqlarda döşəmələrə atılmış qalıqlardan nümunələr götürülsə də, yoxlamalardan sonra cəsədlərin kimlərə məxsus olduğunu aydınlaşdıra bilməsinlər. Çünki müharibə itkisi Ermənistan üçün faciəvi rəqəmlərlə göstərilir:
“Digər tərəfdən, hələ də, Ermənistanın özündə orduya bağlı olan sıravi əsgər və zabitlər arasında xeyli sayda itkinin olduğu bəyan edilir. Müharibənin ötən il bitməsinə baxmayaraq, qarşı tərəf hələ də azad etdiyimiz ərazilərdə həmin itkinlərin cəsədlərinin axtarışlarını davam etdirir. Ancaq erməni mətbuatının dəfələrlə yaydığı xəbərlərə əsaslansaq deyərik ki, ölkədə itkin və ölü sayı ilə bağlı səslənən məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Bilirsiniz ki, onlar şəxsiyyəti müəyyənləşmiş ölülərin sayını az göstərməyə çalışırlar. Amma ayrı-ayrı mənbələrdə, mediada aparılan araşdırmalarda müharibə itkilərinin sayının 5 minə çatdığı bəlli olur. Yəni bura hələ heç bir xəbər çıxamayan xeyli sayda itmiş hərbçini də əlavə etmək olar. Ümumilikdə isə rəqəmlər məqsədli şəkildə gizlədilir. Təbii haldır ki, bu günlərdə gündəmə çevrilmiş müəmmalı morq qalmaqalı bir neçə sual doğurur. Məntiqlə şərh etsək demək olar ki, həmin qalıqlardan götürülən nümunələr yaxınlarını axtaran əsgər valideyinləri ilə uyğun gəlmədiyi üçün, orada olan cəsədlərin hansı döyüşçüyə məxsus olduğunu bilmək bundan sonra da çətin olacaq. Belə olan halda ehtimallar təbii olaraq muzdlu döyüşçülər versiyasına yönəlir”.
Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.