Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyaya qarşı növbəti sanksiyalar- noyabrda daha sərt olacaq

Sabiq maliyyə naziri: “ABŞ Rusiyanı o, əlini yerə vurub ”daha bəsdir" deyənə qədər boğmağa çalışacaq"

 

Yenixeber.org: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Bakı vaxtı ilə avqustun 27-də saat 07:00-dan qüvvəyə minib. Bu sanksiyalara görə Dövlət Departamenti həmin gündən Rusiyaya mülki aviasiya və kosmik sahədə ixrac istisna olmaqla, silah və ikitəyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək. Eyni zamanda, təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsullarından başqa, ABŞ-ın Rusiyaya istənilən yardımı dayandırılıb. Moskva ABŞ tərəfinin “istənilən kreditlərindən, kredit zəmanətlərindən və digər maliyyə yardımlarından” məhrum edilib.

Xatırladaq ki, ABŞ hökuməti yeni iqtisadi sanksiyalarla bağlı avqustun 8-də məlumat yaymışdı.

Məlumata görə, Vaşinqton daha da sərt sanksiyalar paketi hazırlamaqdadır. Qüvvəyə minən sanksiyalar humanitar yardımdan əlavə, silah sahəsi, kosmos və aviasiya sahəsini, həmçinin Rusiyanın hüquqi şəxslərinin kreditləşmə aparmasına qadağa qoyur.

Ekspertlər bildirir ki, sözügedən sanksiyaların qüvvəyə minməsi bu yaxınlarda Helsinkidə Donald Tramp-Vladimir Putin görüşünün iki ölkə arasında gərgin münasibətləri qaydasına qoymadığının daha bir sübutudur, artıq ABŞ Rusiyaya iqtisadi müharibə aparır. Vaşinqton bəyan edir ki, məqsəd Kremlin beynəlxalq nizamı təhdid edəcək siyasətinin qarşısını almaqdır. Vaşinqton bununla təkqütblü dünya siyasətini öz əlində saxlamağa çalışır.

Siyasi və iqtisadi ekspertlər onu da bildirirlər ki, Rusiyanın ABŞ-a cavab addımları yetərsizdi. Bundan əlavə, Putin heç də Vaşinqtonun bu sanksiyalar fonunda geri çəkilməyəcək. Baxmayaraq ki, Rusiya iqtisadiyyatı geriləyir, sosial problemlər artır.

FikrÉt Yusifov ile ilgili görsel sonucu

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar Amerika Birləşmiş Ştatlarının bu ölkənin iqtisadiyyatını iflic hala salmaq məqsədilə atılan növbəti addımdır: “Yeni sanksiyalar ABŞ-n 1961-ci ildə qəbul edilmiş xarici yardım haqqındakı qanununa uyğun yardımların dayandırılmasını nəzərdə tutur. Düzdür, bu zaman təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsulları hələlik istisna edilir. ABŞ hər il müxtəlif kanallarla xarici ölkələrə, o cümlədən Rusiyaya milyonlarla dollar həcmində müxtəlif problemlərin həlli ilə bağlı humanitar yardım göstərir. İndi Rusiyaya bu yardımların dayandırılması Rusiya üçün itki deməkdir. Bundan öncə tətbiq edilmiş sanksiyalar nəticəsində şimal qonşumuzda kifayət qədər maliyyə çətinlikləri yaranmışdı. Belə bir durumda müxtəlif təyinatlı yardımların dayandırılması çətin maliyyə vəziyyətini bir qədər də ağırlaşdıracaq. ABŞ-n istədiyi də budur”.

F.Yusifov qeyd etdi ki, Rusiya iqtisadiyyatı bundan daha ciddi bir zərbəni bu ilin noyabr ayından etibarən hüquqi şəxslərin, idxal, ixrac əməliyyatlarının kreditləşdirilməsinin dayandırılmasından sonra alacaq: “Hesab edirəm ki, Birləşmiş Ştatlar yaxın iki il ərzində Rusiya iqtisadiyyatını çökdürmək üçün indiyə qədər tətbiq edilən sanksiyalardan daha kəskin iqtisadi sanksiyalara əl atacaq. Bu yol artıq seçilib. Qaydasız döyüşdə boğma fəndi işlədildiyi zaman boğulan idmançı döyüşün dayandırılmasını əlini yerə vurmaqla işarə edir və bundan sonra oyun dayandırılır, boğma fəndini işlədən tərəf qalib elan edilir. ABŞ Rusiya münasibətlərində də bu gün analoji bir vəziyyət baş verir. ABŞ Rusiyanı o əlini yerə vurub ”daha bəsdir" deyənə qədər boğmağa çalışacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam