Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Blinken Lavrovla görüşdən imtina edib

 ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Avropada keçirilməsi planlaşdırılan təkbətək görüşdən imtina edib.

Yenixeber.org: “Hazırda bu görüşü keçirməyin mənası yoxdur. Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı (bununla-red) razılaşdı. Və bu gün mən (Rusiya) xarici işlər nazirinə məktub göndərdim. Sergey Lavrovu bu barədə məlumatlandırdım”, – Blinken mətbuat konfransında bildirib.

O, qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə gələcək diplomatik fəaliyyətə hazırdır, lakin qarşı tərəf ciddi münasibət nümayiş etdirməlidir.

“Putinin açıqlamaları göstərir ki, o, Ukraynanı suveren dövlət deyil, Rusiya subyekti kimi görür”, – Blinken əlavə edib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam