Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

GENERALIN DAHA BİR ƏMLAKI ÜZƏ ÇIXDI -10 milyon manat dəyəri var + FOTOLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb.

Yenixeber.org: Araşdırmalar zamanı məlum olub ki, Xaçmazda fəaliyyət göstərən "Çoban Bulaq” İstirahət Mərkəzində də generalın payı var. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.

Aybəniz Şıxəliyeva

 

"Çoban Bulaq” İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində "Çoban Bulaq” MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.

Elgün Şıxəliyev

 

"Çoban Bulaq” İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 "besedka” fəaliyyət göstərir.

Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda bu obyektə baxış keçiriləcək. Mövlam Şıxəliyevin digər əmlakları kimi, "Çoban Bulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyulacağı güman edilir.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyev də MTN-nin digər vəzifəli şəxslərinin cinayət işinə baxılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam