Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qazaxıstanın yeni hökuməti təsdiq edildi – Kabinetin 21 üzvü var

   Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Yenixeber.org: Prezidentin sərəncamı ilə Roman Sklyar baş nazirin birinci müavini, Yeralı Tuğjanov isə baş nazirin müavini təyin edilib.
Hökumət başçısının müavini Muxtar Tleuberdi, həm də Qazaxıstan Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək.

 Murat Bektanov müdafiə, Yerlan Turqumbayev Daxili İşlər, Baxıt Sultanov Ticarət və İnteqrasiya Nazirliyinə rəhbərlik edəcək.
 Ümumilikdə yeni nazirlər kabinetinə 21 nəfər daxil olub. Tokayev bir müddət əvvəl Əlixan Smailovun Qazaxıstanın baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Əvvəlcə ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Nəticədə yanvarın 4-6-da Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, ölənlər var. Şəhərə böyük ziyan dəyib, mağazalar, ofislər, bankomatlar talan edilib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciətindən sonra ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam