Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Almatı merinin vəzifələrini icra edənin avtomobili atəşə tutulub-ölən və yaralılar var

Qazaxıstanın Almatı şəhərinin meri səlahiyyətlərini icra edən Bakıtjan Saqintayev bildirib ki, ölkədə iğtişaşlar zamanı naməlum şəxslər onun, həmkarlarının və Almatı telekanalının əməkdaşlarının olduğu avtomobillərə atəş açıblar.

Yenixeber.org: Açılan atəş nəticəsində “Almatı” telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən meriyanın məsul işçiləri - idman idarəsinin rəisi Rüstəm Bayseitov və dini idarənin rəisi Nurlan Kikimov yaralanıb.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.(“orda.kz”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam