Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavini işdən çıxarılıb-Qazaxıstanda

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) rəhbərinin iki müavinini dəyişib.

Yenixeber.org: Bu barədə Qazaxıstanın dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

Bildirilir ki, MTK sədrinin müavinləri Osipov Marat Saparoviç və Erqojin Daulet Ediloviç tutduqları vəzifələrdən azad ediliblər.

Prezidentin fərmanı ilə Bakıtbek Jamalbekoviç Kosjanov və Askar Baymerdenoviç Amerxanov MTK rəhbərinin yeni müavinləri təyin ediliblər.

Qeyd edək ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Kərim Məsimov vəzifəsindən azad edilib. O, dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb. Saxlanılan K.Məsimov Təhlükəsizlik Şurasının yanvarın 5-də keçirilmiş iclasında iştirak edib.

Həmin vaxt o hələ MTK-nın sədri olub. İclasdan sonra Məsimov istefaya göndərilib. MTK-ya yeni rəhbər Yermek Sagimbayev təyin olunub.

Məsimov iki dəfə Qazaxıstanın baş naziri (2007 -2012, 2014 - 2016), eləcə də ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin köməkçisi (2003-2006) olub. Həmçinin Prezident Administrasiyasına da başçılıq edib (2012-2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam