Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TOKAYEV-KƏRİMOV QARŞIDURMASI... -Qazaxıstanın ən sirli adamı niyə həbs edildi?

Yenixeber.org: 56 yaşlı Məsimov ilk prezident Nursultan Nazarbayevin hakimiyyətinin son illərində ən nüfuzlu siyasətçilərdən biri hesab edilib. O, 2016-cı ildən bu vəzifəni tutub.

Bu posta təyin edilənə qədər isə Məsimov müxtəlif illərdə iki dəfə Qazaxıstanın baş naziri və prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, iqtisadiyyat və nəqliyyat naziri olub.

Yanvarın 8-də komitənin saytında yerləşdirilən xəbərdə deyilir ki, cümə axşamı, yanvarın 6-da Məsimova qarşı dövlətə xəyanətlə bağlı ibtidai istintaq başlayıb və o saxlanılıb. Bu vəzifədə onu Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib.

Elan edilən ittihamlara görə milli təhlükəszilik komitəsinin keçmiş sədrini 15 ilə qədər həbs gözləyir. Prezident Tokayev artıq xüsusi xidmət orqanlarını tənqid edərək, onları prezidentin Qazaxıstan şəhərlərində "terror hücumları"na icazə verməkdə ittiham edib.

 

 

Kərim Məsimov Qazaxıstanın çox nüfuzlu məmurlarından biridir, uyğur kökənlidir. Sovet dövründə Moskvanın məşhur Xalqlar Dostluğu Universitetində ərəb dilini, sonra Qazaxıstan Dövlət İdarəetmə Akademiyasını, daha sonra isə Pekin Dillər İnstitutunda çin dilini bitirib. Daha sonra Çinin Uhan Hüquq Universitetində və ABŞ-ın Kolumbiya Universitetində kurslar keçib. 1999-cu ildə Moskvada elmlər namizədi (PHD) müdafiə edib. Rus, çin, ərəb və ingilis dillərini mükəmməl bilir.

Məsimovun uzun dövlət idarəetmə təcrübəsi var. Öncə nazirliklərdə, daha sonra isə prezident Nazarbayevin köməkçisi vəzifəsindən tutmuş baş nazir vəzifəsinədək çöx mühüm postlarda olub. O həm də özünə çox böyük biznes imperiyası qurub, “Qazaxmis” kimi strateji sahəyə nəzarət edib, xaricdə 100 milyonlarla ölçülən aktivləri olub.

Onun adı uzun illər Nazarbayevin varisi kimi çəkilib. Belə görünür ki, onun ABŞ və Avropadakı yaxşı əlaqəri olduğundan Rusiya hakimiyyətin ona ötürülməsinə razı olmayıb. 2019-cu ildə Tokayev prezident kürsüsünə sahibləndikdən düz bir həftə sonra Məsimov ABŞ-a səfər edib və dövlət katibi Pompeo ilə görüşüb.

Bəzi məlumatlara görə, ölkədə qarışıqlıq başlayandan sonra güc strukturları prezident Tokayevin əmrlərini yerinə yetirməyib və bu itaətsizliyi məhz Məsimov təmin edib. Kərim Məsimov Qasım-Comərd Tokayevin prezident kürsüsünə gətirilməsindən narazı olub. Ehtimal edilir ki, bu qarşıdurmada Nazarbayev də Məsimovun tərəfində olub. Nazarbayevin qardaşı oğlu Səməd Abış Məsimovun muavini idi, Tokayev onu da vəzifədən azad edib.

Ancaq Qazaxıstandakı qanlı hadisələri Tokayevin razılığı ilə Rusiyanın təşkil etdiyinə dair də kifayət qədər ciddi iddialar var. İstina deyil ki, Məsimovu həbsi də Kremlin təlimatı ilə həyata keçirilib. Bunula həm hadisələrin məsuliyyətini Tokayevin (və təbii ki, Moskvanın) üzərlərindən atmaq, həm də onun başlıca rəqibini zərərsizləşdirmək məqsədi güdülə bələr. Ancaq cəmiyyəti buna inandıra biləcəklərmi? "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam