Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA QAZAXISTANDA “TÜRKİYƏ İZİ” AXTARIR? - Kriminal avtoritet təşkilatçı kimi təqdim olunur +VİDEO

Qazaxıstan hakimiyyəti xüsusilə də Almatı şəhərində baş verən iğtişaşların təşkilatçılığına görə məsuliyyəti ayrı-ayrı xarici qüvvələrin və şəxslərin üzərinə atmağa çalışır. Maraqlıdır ki, bu işdə ona Rusiyanın hakimiyyətyönlü mediası da xüsusi dəstək verir.

Yenixeber.org: Rusiya mətbuatında Qazaxıstanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla maraqlı məlumat dərc edilib.

Xəbərdə deyilir ki, Almatıda keçirilən əməliyyat zamanı Türkiyədə yaşayan və kriminal aləmdə "Arman Dikiy" kimi tanınan avtoritet Arman Cumageldiyev həbs olunub. Qeyd oluinur ki, o, Qazaxıstanda etirazlar başlayandan dərhal sonra Türkiyədən vətənə qayıdıb və guya güc strukturlarına qarşı hücumlara da məhz o rəhbərlik edib.

Maraqlıdır ki, Kremlə xidmət edən və Marqarita Simonyanın başında durduğu “Sputnik”-in də yayımladığı həmin xəbərlər Arman Cumageldiyevin əli ilə “boz qurd” işarəsi göstərdiyi fotoyla müşaiyət olunur. Həmin şəxsin uzun ilər Türkiyədə yaşadığı xüsusi vurğulanır və bununla da türk millətçilərini günahlandırmağa cəhd edilir. Hələlik üstörtülü çatdırılan bu iddianın tezliklə açıq şəkildə səsləndiriləcəyini istisna etmək olmaz. 

  

Rusiya mətbuatının bu eyhamlı xəbəri Qazaxıstandakı hadisələrdə kənar qüvvənin iştirakına dair iddiaları Moskvanın üzərindən götürüb, Türkiyədəki millətçilərin üzərinə atmaq cəhdi kimi də qəbul oluna bilər.

Arman Cumageldiyevə gəlincə, sağlığında azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin ən yaxın adamlarından biri olan bu şəxsa doğrudan da Qazaxıstana qayıdıb. Lakin yerli mənbələr bildirir ki, o, etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluğu və iğtişaşları dayandırmağı xahiş edib.

 

 

Hətta bununla bağlı mətbuatda və sosial şəbəkəlrdə video da yayılıb. Cumageldiyev insanları dinc aksiyalara çağırıb.

Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını çatdıra bilmirlər. 

O, qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb: "Bu, mitinqdir? Bu, xaos və anarxiyadır!"

 

 

Onu da qeyd edək ki, Qazaxıstanda sosial tələblərlə başlayan, sonradan isə hələlik naməlum sayılan qüvvələrin müdaxiləsi ilə iğtişaşlara çevrilən hadisələrin günahkarlarının kənarda axtarılması cəhdlərinə qoşulanların sayı artır.

İranın Xarici İşlər Nazirliyi də qonşu ölkədə baş verənləri xarici qüvvələrin təşəbbüsü kimi qələmə verib. Ancaq təbii ki, ad çəkməyib və bu zaman İran XİN-in Rusiyanı nəzərdə tutmadığı şübhəsizdir...

Bununla yanaşı, hadisələrin ilk günlərində Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edilən Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abişin bu gün həbs olunduğuna dair xəbər yayılıb. Bununla yanaşı, Nursultan Nazarbayevin özünün də qızları ilə birgə ölkəni tərk etdiyinə dair məlumat verilir. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib.

 

 

Göründüyü kimi, məlum səbəblərdən Qazaxıstanda baş verən hadisələrlə bağlı ciddi informasiya qıtlığı var və vəziyyətin tezliklə aydınlaşacağı inandırıcı görünmür.

Bununla yanaşı, əvvəlcə bütün məsuliyyəti ölkənin energetika naziri və qaz şirkətlərinin üzərinə atan Tokayev hakimiyyəti artıq digər daha sanballı səbəbkarlar axtarışındadır və yəqin ki, yaxın günlərdə iğtişaşların təşkilində konkret adlar çəkməklə günahkarları müəyyən edəcək. Və təbii ki, bu işdə ona köməyə çağırdığı Moskvanın xüsusi “köməyi” dəyəcək...(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam