Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 İsrailin baş naziri ilkə imza atdı: Birləşmiş Ərəb Əmirliklərinə gəlib– FOTOLAR

        İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib. 
Yenixeber.org: “Al Arabiya” nəşrinə istinadən xəbər verir ki, bu, İsrail liderinin bu ölkəyə ilk səfəridir.
Əbu-Dabi Beynəlxalq Hava Limanının prezident terminalında onu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zain Əl-Nəhyan qarşılayıb.
“Nə gözəl qarşılama! İsrail liderinin BƏƏ-yə ilk rəsmi səfərində burada olmaqdan çox məmnunam. Biz əlaqələrimizi gücləndirəcəyimizə ümid edirik”, - deyə İsrail hökumətinin başçısı bildirib.
Sonra Naftali Bennet Əbu-Dabinin vəliəhdi - BƏƏ-nin faktiki lideri Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə onun şəxsi sarayında görüşüb.
"Məncə, bu, regionun şahidi olduğu yeni reallıqdır və biz uşaqlarımız üçün daha yaxşı gələcək təmin etmək üçün birlikdə çalışacağıq" deyən Bennet İsrail və BƏƏ arasında qarşılıqlı ticarətin həcminin əhəmiyyətli dərəcədə artdığını əlavə edib.
“İsrail də BƏƏ kimi regional ticarət mərkəzidir. Əməkdaşlığımız təkcə bizim üçün deyil, həm də regionun daha çox ölkələri üçün görünməmiş iqtisadi imkanlar açır”, - deyə baş nazir vurğulayıb.
İsrail mediası qeyd edib ki, səfər zamanı Bennet BƏƏ-nin texnologiya və nəqliyyat nazirləri ilə də görüşəcək.
Xatırladaq ki, Naftali Bennett İsrail tarixində BƏƏ-yə səfər edən ilk baş nazir olub. 2021-ci ilin iyun ayının əvvəlində xarici işlər naziri Yair Lapid yüksək rütbəli İsrail rəsmisi kimi Əmirliyə ilk səfərini etdi, Abu Dabidə səfirlik və Dubayda konsulluq açdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam