Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Ərdoğanla görüşə 100 milyardlıq anlaşma ilə gəlir -Türkiyəni SEVİNDİRƏN XƏBƏR

Ərdoğanla görüşə 100 milyardlıq anlaşma ilə gəlir - Türkiyəni SEVİNDİRƏN XƏBƏR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.

Yenixeber.org: Bu, Rəcəb Tayyib Ərdoğanla Əl Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq.

Türkiyə prezidenti və BƏƏ-nin vəliəhdi mövcud problemləri müzakirə etmək üçün təkbətək görüşəcəklər. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə ediləcək.

Britaniya mətbuatı Nəhyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır. Bu səfərdən əvvəl BƏƏ-nin İqtisadiyyat naziri Abdulla Bin Touq Əl Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin Ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Marri bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.

Qətər böhranı, 15 iyul dövlət çevrilişi cəhdi və Sedat Pekerin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə gərginləşən Türkiyə-BƏƏ münasibətləri Xarici İşlər naziri Mövlud Çavuşoğlunun BƏƏ XİN rəhbəri Abdullah Bin Zayed Əl Nəhyanla telefon danışığı vasitəsilə yumşalmağa doğru gedib. Çavuşoğlu ilə həmkarı arasında keçirilən görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.

Xarici işlər nazirlərinin görüşündən sonra diplomatik gediş Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 18-də BƏƏ-nin Milli təhlükəsizlik müşaviri Şeyx Tahnun Bin Zayed Əl Nəhyanı qəbul etməsi ilə davam edib.

Türkiyə ilə BƏƏ arasında diplomatiya avqustun 31-də ölkənin faktiki lideri, şahzadə Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefon danışığı ilə davam edib. Şeyx Tahnunun həm də Əl Nəhyanın qardaşı olması Ərdoğanın təmaslarının əhəmiyyətini ortaya qoymaq baxımından da diqqətçəkəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam