Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda un və çörək kəskin bahalaşdı

 

Ermənistanda unun və çörəyin qiyməti kəskin qalxıb
                   Ermənistanda unun və çörəyin qiyməti yüksəlib.
Yenixeber.org: "Sputnik Armenia”ya xəbər verir ki, bahalaşmaya əsas səbəb kimi milli valyutanın devalvasiyası və Rusiyada taxılın qiymətinin yüksəlməsi göstərilir.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabrında 2020-ci ilin eyni dövrü ilə müqayisədə çörəyin, dənli bitkilərin və unun qiymətləri müvafiq olaraq 11%, 17,3% və 7,2% artıb. 2021-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabrda artım 1%, 1,2% və 1,5% təşkil edib. Qiymət artımı noyabrda da baş verib, lakin hələlik komitə bununla bağlı məlumat verməyib.
2021-ci ilin sentyabr ayından çörək 30-50 dram bahalaşıb: kiçik bir çörək artıq 140-150 drama (təxminən 45 qəpik) satılır. Bundan əlavə, iri erməni tədarükçüləri hələ də payızdan əvvəl ölkəyə daha aşağı qiymətlərlə ixrac edilən mövcud ehtiyatlar hesabına kəskin qiymət artımının qarşısını ala bilirlər. Lakin Ermənistanda çörək və unun qiymətinin yenidən yüksəlməsi ilin sonuna kimi qaçılmaz olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam