Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MURADOVUN BAKIYA NİYƏ GƏLDİYİ MƏLUM OLDU -Əsirlər geri qaytarılacaqmı?

Xəbər verdiyimiz  kimi, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov dünən Bakıya gəlib. Bakıdakı danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıdıb. Ermənistan Müdafiə Nazirliyi Muradovun Bakıdan 1990-cı il təvəllüdlü leytenant Taron Civanoviç Saakyanın meyidini apardığını bildirib.

Yenixeber.org: Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təcili olaraq hazırda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini vəzifəsini tutan general-leytenant Rüstəm Muradovu məzuniyyətdən geri çağırdığı xəbəri yayılıb.

 

 

Bu barədə məlumatı “Hraparak” nəşri yazıb. Generalın məzuniyyəti dekabrın 5-i bitməli idi. Muradovun təcili şəkildə Bakıya göndərilməsi ondan xəbər verir ki, bu vəziyyətdə yalnız o danışıqlar apara bilərdi. 

Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni əsgərləri var. Ehtimala görə, Rusiya bu dəfə də əsirlərin Ermənistana verilməsini xahiş edə bilər. Ancaq bir neçə gün əvvəl Laçında mühasirəyə düşən 60 erməni hərbçinin sülhməramlının xahişini nəzərə alaraq, geri qayıtmasına şərait yaratmışdıq. Bu dəfə isə erməni tərəfi xain hücum edib, 7 şəhidimiz var və onların ələ keçən əsirlərini Kremlin xahişi, Muradovun vasitəçiliyi ilə geri qaytarmaq elə asan olmamalıdır. Ən azından rəsmi Bakı ciddi şərtlər irəli sürməli, güzəştlər qoparmalıdır. 

Ümumiyyətlə, onlar mühakimə ediləcəklərmi? Bu əsirlər barəsində hansı maddələrlə cinayət işi açıla bilər?

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, erməni əsirlər Ermənistana belə rahatlıqla təhvil verilməməlidir. Onun fikrincə, erməni hərbçilər cinayət məsuliyyətinə cəlb oluna bilər. 

 

 

“Biz 7 şəhid vermişik. Sergey Şoyqu və Rüstəm Muradov utanmalıdır ki, bu faciə ailələrin başına gətirildi. Ona görə əsirlər verilməməlidir. Ümumiyyətlə, bizim də günahımız var, bəzi məsələlərdə sərtlik və tələbkarlıq göstərməmişik”, - deyə polkovnik vurğuladı.

Ü.Cəfərov hesab edir ki, R.Muradov cinayət məsuliyyəti daşıyır, çünki sülhməramlılar terrorçu Mirzoyanı bizə yox, erməni tərəfə qaytardı: “İndi hansı haqla bizdən erməni əsirləri tələb edəcəklər? Eləcə də Şoyqu 44 günlük müharibədə Ermənistana verilmiş və Şuşada qalıqları aşkarlanmış ”İsgəndər - M" raketlərinin izahatını verməlidir. Odur ki, nə qədər boşluğa yol verəcəyik, o qədər itkilərimiz olacaq. Bu hadisələri qızışdıranlar oldu, 7 evin ocağı söndü, halbuki bu qarşıdurmaya ehtiyac yox idi. Ona görə Muradov kimilərin cavabının verilməsinin vaxtı çatıb".

Siyasi şərhçi Ramiyə Məmmədova erməni əsirlərin qaytarılmasını istisna etmir. Onun sözlərinə görə, Azərbaycan onları elə-belə təhvil verməyəcək, danışıqlar predmeti olmalıdır. Təhlilçi güman edir ki, əsirlərin qaytarılması zaman ala bilər, bu halda Paşinyana daxildən təzyiqlər güclənəcək: “Azərbaycan heç bir zərurət olmadığı halda atəşkəsi pozan erməni silahlılarına güzəşt etməməlidir. Faktiki 7 şəhidimiz var və onlar Muradovu qucaqlayıb asanlıqla İrəvana qayıda bilməzlər. Bu, Bakı üçün də ciddi tənqid mövzusu ola bilər. Amma danışıqların hansısa mərhələsində erməni əsirlərin təhvil verilməsi baş tuta bilər. Ancaq Azərbaycan əvəzində Ermənistandan istəklərini qoparmalı, diktə etməli və üçtərəfli sazişlə bağlı icra edilməyən bəndləri yerinə yetirməsi tələbini bir daha masaya qoymalıdır”.

Onu da deyək ki, son döyüşlərdə 20-dən çox erməni hərbçinin məhv edildiyi, daha 13 hərbçinin əsir düşdüyü, 40-dan çox erməninin yaralandığı bildirilir. Habelə döyüşlər nəticəsində ermənilərin iki postu Azərbaycan Ordusunun nəzarətinə keçib. Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir. Lakin erməni mediası və siyasət adamları itkilərin çox olduğunu vurğulayırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam